Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərinin M. Ə. Rəsulzadə küçəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107 markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolu keçən piyada, Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü Ələsli Əli Əhməd oğlunu vurub. Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi olan Əli Ələsli ağır bədən xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.