Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mayis Cabbarovdan 11,615 qram, rayonun A.Şərifzadə küçəsindəki söküntü ərazisində gizlətdiyi yerə baxış zamanı 20 kiloqram 5 qram marixuana aşkarlanıb.