"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 17 mart 2016-cı il tarixli Sərəncamı ilə müqəddəs Novruz bayramı ab-havasına yeni rəng qatdı, neçə-neçə ailəyə hədsiz sevinc hissi yaşatd"ı.
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Mətrbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov prezidentə təşəkkür mesajında bildirib:"Sərəncamın bizim üçün əlamətdar cəhəti ondan ibarətdir ki, azadlığına qovuşanlar arasında jurnalistlər də var. Buna görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm.
Cənab İlham Əliyevin əfv sərəncamları cəmiyyət üçün müstəsna önəmi olan addımlardır. Artıq ənənə halını almış belə tədbirlər ölkəmizdə humanizm prinsiplərinə böyük dəyər verilməsinin bariz göstəricisidir. Biz jurnalistlər əməli fəaliyyətimizlə bu dəyəri, ümumən xalqımız üçün vacib olan bütün dəyərləri yaradıcılıq müstəvisinə daha peşəkar tərzdə daşımalı, təbliğ edərək yaşatmalıyıq.
Azadlığa çıxan jurnalistlərin doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına göz aydınlığı verirəm. İnanıram ki, onlar qarşıdakı fəalliyyətlərində jurnalistika prinsiplərinə sadiq qalacaq, bizləri daim xoş sədaları ilə sevindirəcəklər.
Allah həbsdə olan hər kəsin qapısını açsın!"