Müğənni Xatirə İslam mərhum Əməkdar artist Xanım Qafarovanın qızına ad günü ilə bağlı sürpriz edib.

Unikal.org xəbər verir ki, X.İslam nənəsi ilə acınacaqlı şəraitdə yaşayan 9 yaşlı Gövhəri gecəyarı ziyarət edib. Müğənni azyaşlını yuxudan oyadaraq ona tort, şarlar və sırğa hədiyyə verib.

Xatırladaq ki, X.Qafarova 2014-ci ildə 47 yaşında uzun sürən xərçəng xəstəliyindən vəfat edib.