Avstraliya Milli Basketbol Liqasında bir matçdakı pota altı mübarizəsində idmançının göz bəbəyi partlayıb.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, idmançı Akil Mitchellın gözü yerindən çıxıb.

Yeni Zellandiyanın Breakers komandası ilə Avstraliyanın Cairns Taipans komandaları arasında oynanan matçda ürəkləri ağızlara gətirən bir hadisə yaşandı.

Mübarizə zamanı Nnanna Egwunun dirsəyi Mitchellin gözünə dəyib. İdmançı təcili xəstəxanaya yerləşdirilib. Oyunda isə 15 dəqiqəlik fasilə elan edilib.