"Coşqun bu günlərdə növbəti dəfə öz müalicəsi çərçivəsində radioaktiv yod qəbul edib.

Unikal.org-un məlumatına görə, bu sözləri "Bu şəhərdə komandasının ssenaristi Müşviq Abbasov sosial şəbəkədə yazaraq bildirib ki, əməkdar artist Coşqun Rəhimov yenidən müalicəyə başlayıb.

M.Abbasov uzun müddətdir qalxanabənzər vəzin xərçəngindən əziyyət çəkən aktyorun hazırda evə buraxıldığını deyib:

"Yüksək peşəkarlığa görə Milli Onkologiya Mərkəzinin əməkdaşlarına "Bu şəhərdə komandası adından təşəkkür edirəm. Coşqun artıq ev şəraitində müalicəsini davam etdirir. İnşallah, bir neçə günə məşqlərimizə başlayacağıq.

Qeyd edək ki, C.Rəhimov örən il üçüncü dəfə əməliyyat olunmuşdu.