Xalq artisti Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımla birlikdə "Xəzər maqazin kamerası qarşısına keçib.

Unikal.org-un məlumatına görə, aktyor səhhətindən danışıb.

İnsultdan əziyyət çəkən R.Əzizbəyli hazırda yaxşı olduğunu deyib:

"Səkkiz dəfə əməliyyat olunmuşam, üç dəfə insult keçirmişəm, şəkərim də var. Ona görə də yenidən əməliyyat olunmuram. Amma şikayət etmirəm, canım sağdır, həyat yoldaşım yanımdadır. Film, səhnə üçün darıxıram. Ayaqüsdə durub, iş yerimə qayıtmaq istəyərdim. Ürəyimdə qalan çox rol olub, onları oynamaq arzusundayam. Ən çox isə "Kral Liri oyanamaq istəyərdim. Saçım da, dişim də tökülüb. Amma ürəyim sağlamdır. Gələn il 70 yaşım tamam olacaq.

R.Əzizbəyli mikro infarkt keçirən qardaşı oğlu, müğənni Nurlan Əzizbəıylidən də bəhs edib:

"Müğənnidir, yaxşı oxuyandır. Onu yatağa yıxan da budur. Oxuya bilir, amma hamıdan seçilə-seçilə axıra qalıb.