Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin səhhəti pisləşib. Bir il əvvəl ağır beyin əməliyyatı keçirən bəstəkar qəfildən huşunu itirib.

Unikal.org xəbər verir ki, bəstəkarın həyat yoldaşı Aybəniz xanım yeniçağ.az-a məlumatı təsdiqləyib. O, Tahir Əkbərin hazırda ciddi həkim nəzarətində olduğunu deyib:

"Gördüm rəngi avazıdı, dili söz tutmadı. Qışqırdım ki, sənə nə olub, danışa bilmədi, tez yatağa uzatdıq, təcili yardım çağırdıq. Tahir bir il öncə ağır əməliyyat keçirmişdi. Həkimlər dəfələrlə ona tapşırmışdı ki, nəbadə gərgin işlə məşğul olasan. Ona qətiyyən stress keçirmək, zehni fəaliyyətlə məşğul olmaq olmazdı. Amma o, sözə əməl etmədi, efirlərə çıxdı, mahnılar yazmaqda davam etdi, saatlarla müğənnilərlə məşq elədi. Bütün bunları qızıma görə etdi. Onun təhsil haqqını ödəməli idi. Fikir, sarsıntılar onu yıxdı. Beyin əməliyyatından sonra xəstənin səhhəti risk altında olur, özünü gözləməliydi. Həkimlər başının üstünü kəsdirdilər, indi evdə sistemlər qoşulub, özünə gələn kimi yenidən analizlər götürüləcək. Hələ ki, ona tam sakitlik lazımdır. Ümid Allahadır.