ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb. Unikal.org APA-ya  istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı müsbət addımı alqışladığı vurğulanır.

"Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik", - deyə bəyanatda qeyd olunur. 
Qeyd edək ki, martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.
Həmçinin ötən gün məhkəmə dövlətə xəyanət ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib.