Türkiyəli müğənni Sinan Akçıl əməliyyat olunub.

Unikal.org  Türkiyə mətbuatına istinadən məlumatına görə, futbol oynayarkən dizindən zədə almış ifaçı 3 saatlıq əməliyyata girib. İki gün xəstəxanada qalan Sinan artıq evə buraxılıb.

İnstaqram səhifəsində bu barədə məlumat verən Akçıl sevənlərinə deyib:

"Sizi narahat etməmək üçün əməliyyat olunacağımı bildirmədim. Artıq bu gün evə yazıldım. İndi çox yaxşıyam. Jurnalist dostlarım da yanımda idilər. Onlara da təşəkkür edirəm. Xahiş edirəm, heç kim bu əməliyyat barədə yanlış xəbər yazmasın".