Yaralananlardan 4-ü İran vətəndaşlarıdır 

Martın 18-nə keçən gecə Bakının mərkəzində, Xaqani küçəsi 86 ünvanın qarşısında ağır yol qəzası baş verib. Unikal.org xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Riyad Hənifəyev idarə etdiyi "BMW X6" markalı, 99 ER 888 dövlət nömrə nişanlı avtomobili yolun sağ kənarında dayanmış "Volsfagen Passat", "BMW 520", "Toyota Prado" və "Toyota RAV4" markalı  avtomobillərə çırpıb. Hadisə vaxtı yolun kənarında dayanın İran vətəndaşları, 1996-cı il təvəllüdlü Əmirnicat Mehdi Yusif oğlu, 2014-cü il təvəllüdlü Əmirnnicat Nəfəs Mehdi oğlu, 1984-cü il təvəllüdlü Əkrəmi Nahid Abdulla qızı, 1969-cu il təvəllüdlü Sədai Əli Həsən oğlu, 1996-cı il təvəllüdlü Riyad Hənifəyev, 1981-ci il təvəllüdlü İlqar Həsənov, 1976-cı il təvəllüdlü Vasif Davudov müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
 
 
Bildirilir ki, xəsarət alan İran vətəndaşlarından 2-sinin bədənində sınıqların olduğu məlum olub. Digər iki İran vətəndaşı isə kəllə-beyin travmaları alıb. Onlar yol kənarında dayanıblarmış. Bundan başqa əlavə olaraq yol kənarındakı 2 nəfər də yaralanıb.
 
 
İran vətəndaşları Novruz bayramı ilə əlaqədar Bakı şəhərinə turist kimi gəliblərmiş.