Müğənni Əlikram Bayramov evinin qapılarını ARB TV-nin "Evgördü" verilişinə açıb. 

Unikal.org xəbər verir ki, o, ailə münasibətlərindən də danışıb:

"2 yaşımdan atamı itirmişəm. Anamı elçiliyə göndərdim, qızı vermədilər. Dedilər ki, müğənniyə qız vermirik, gündə birini görür. Mən də qızı götürüb qaçdım. Qız məni istəyirdi, mənə məktublar yazırdı. Evdə mənim sözüm keçir. Evdə kişinin sözü keçər, xanım kimdir?! Xanım evin xanımlığını etsin".