Elm adamları genlər vasitəsilə əldə olunmuş məlumata əsasən bu qənaətə gəliblər

ABŞ alimlərinin apardıqları tədqiqatlara əsasən məlum olub ki, insan öldükdən sonra onun orqanizmin bəzi hissələrinin hələ də yaşamağa davam edir.

Unikal.org med-heal.ru saytına istinadla xəbər verir ki, elm adamları genlər vasitəsilə əldə olunmuş məlumata əsasən bu qənaətə gəliblər. Məlum olub ki, ölüm baş verdikdən sonra insan DNT-sində həkk olunmuş məlumatlar zülalların sintezinə səbəb olur.

Alimlər ölmüş orqanizmin bütün hüceyrələrinin yaşamaq uğrunda mübarizə apardığını da bildiriblər ki, bu hüceyrələrin həyat davamlılığı insan ömrünün uzunluğu və ekstremal ağırlığa dözüm zamanından asılıdır. Bundan əlavə tədqiqatçılar belə halda kök hüceyrələrinin sağ qalmaqla yanaşı, özlərini bərpa etmə qabiliyyətinə də malik olduğu qənaətindədirlər.