Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri və ətraf ərazilərə qar yağmağa başlayıb.

Unikal.org xəbər ki, artıq paytaxt ağ qara bürünüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu hava şəraitinin fevralın 02-dək davam edəcəyini bildirib. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında da fevralın 02-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.