"Binə qəsəbəsindən Mərdəkana, eyni zamanda Buzovna, Zaqulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə endirilərək 60 km/saat müəyyən edilib". 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, bu addımın atılmasında səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.

BNA paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.