Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə hamilə qadın fotosu paylaşıb.

Unikal.org xəbər verir ki, onun bu paylaşımı müzakirələrə səbəb olub.

İfaçı fotoya "Ana olmaq həyatda hər kəsin arzusudur. Allah hər kəsə nəsib etsin. Amin... Ana hissini hər kəs dadsın şərhini yazıb. Bir çoxları ona yenidən hamilə olması ilə bağlı suallar ünvanlayıb.

Qeyd edək ki, R.İsmayilova bir müddət əvvəl də hamilə olmuş, amma körpəsini itirmişdi. Onun Aysun və Yağmur adlı iki qız övladı var.