Bakıda Binə qəsəbəsindən Mərdəkan qəsəbəsi, eyni zamanda Buzovna - Zağulba qəsəbələri istiqamətində avtomobil yollarında sürət həddi bütün zolaqlar üzrə endirilib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, qeyd edilən istiqamətlər üzrə sürət həddi 60 km/ saat müəyyən edilib.

"Sürət həddinin aşağı salınması qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsi ilə əlaqədar icra edilib. Bir daha qeyd edirik ki, Bakı Nəqliyyat Agentliyi paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək", - deyə BNA-dan qeyd edilib.