Xalq artisti Həmidə Ömərova "Klip+" verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, aktrisa proqramda maraqlı məqamlardan danışıb.

Ömərova bir vaxtlar Polad Bülbüloğlu ilə ailə qurması barədə yayılan şaiyələrə münasibət bildirib:

"Bir dəfə demişdilər ki, hətta toy şəkli də var. And da içirdilər ki, göstərəcəyik. Deyirdim, gətirsinlər baxım, maraqlıdır. Bəzən insanlar xəyallarını gerçəkləşdirmək istəyirlər. Ekranda aktyorları sevgili kimi görəndə, realda da belə olsun istəyirlər. Hətta deyirdilər açıq-saçıq səhnələrdə çəkilmişəm. Nə edim, belə xəbərlərə reaksiyam qəribə oldu. İnsanların işləri-gücləri qurtarıb? Yəqin paxıllıq hissi ilə bağlıdır".