Ağcabədi rayonunda avtomobil kanala düşüb.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində baş verib. 

Rayonun Üzeyirli kənd sakini, 1962-ci il təvəllüdlü Əliyev Valeh İnqilab oğlu idarə etdiyi "VAZ-21099 markalı avtomobilin idarəetməsini itirib və maşın su kanalına düşüb. V. Əliyev boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.