Balaxanı məişət tullantıları poliqonu ərazisindən tapılmış odlu silah və ləvazimatları təhvil verilib.
 
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, "Təmiz Şəhər" ASC-nin Balaxanı məişət tullantıları poliqonu ərazisindən tapılmış istifadəyə yararsız "Naqan" tipli pnevmatik tapança, qumbara korpusu və 2787 ədəd patron gilizləri Sabunçu RPİ 12-ci PB-yə təhvil verilib.