Bakıya yağan güclü qar və yolların buz bağlaması Sabunçu rayonu ərazisində zəncirvari qəzaya səbəb olub.

Unikal.org-un report-a istinadən məlumatına görə, rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və maşınlar bir-birinə dəyib.Nəticədə 6 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlüMəhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuşMəhərrəmova Mahnur Tahir qızı, onların 2 və 1 yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır.

Digər nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı, 1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.