Konqo Silahlı Qüvvələrinə məxsus iki hərbi helikopterin qəzaya uğraması nəticəsində iki rusiyalı pilot ölüb, daha üçü isə yaralanıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Konqo ordusunun generalı Leon Muşale bildirib.

Məlumata görə, "Mİ-24 tipli iki helikopter əlverişsizhavaşəraiti səbəbindən ölkənin dağlıq ərazisində qəzaya uğrayıb.

Axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerində 3 cəsəd aşkarlanıb, onlardan birinin konqolu zabitə, ikisinin isə rusiyalı pilotlara məxsus olduğu bildirilir. Hadisə yerində daha 5 yaralı ekipaj üzvü aşkarlanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan üçünün rusiyalı olduğu bildirilir.

Məlumata görə, daha bir rusiyalı pilot "M23 hərbiləşdirilmiş üsyançı qruplaşmanın üzvləri tərəfindən girov götürülüb.