Sarımsaq sağlamlığımız üçün çox faydalıdır. Soyuqdəymə hallarında sarımsaq yeməyi məsləhət görürlər.

Bəs sarımsaq yeyərkən gənələrin siz olan tərəfə gəlmədiyini bilirdinizmi?

Unikal.org eurasiadiary-a istinadən xəbər verir ki, Amerika Tibb Assosiasiyası Jurnalında dərc olunan məqaləyə görə sarımsaq yemək gənələri uzaqlaşdırır.

Sarımsaq yeyildikdən 24 saat keçməmiş orqanizmdə möcüzələr yaradır.

Quru soğan, yaşıl soğan və kəvər kimi sarımsaq da allium fəsiləsinə daxildir. Qədim dövrlərdən bəri sarımsaq tibbi sahələrdə geniş istifadə edilir. Sarımsağın tərkibində olan və sarımsaq qoxusunu verən allicin adlı maddənin sağlamlığa olan xeyiri saymaqla bitmir.

Aparılan araşdırmalarda tez-tez sarımsaq yeyənlərdə soyuqdəyməyə tutulma riskinin 70 faiz daha az olduğu müşahidə edilib.

Sarımsaq təzyiqi tarazlayır və içərisində olan yüksək miqdardakı antioksidantlar sayəsində Alzhaymer və demans (düşüncə pozğunluğu) riskini azaldır.

Gündə 6 diş qızardılmış sarımsaq yeyərkən isə orqanizm sanki zirehlənir. Qızardılmış sarımsaq yedikdən sonra orqanizminizdə nələr baş verir:

1-ci saat:Orqanizm sarımsağı həzm edir və içindəki qidalandırıcı maddələri sorur.

4-cü Saat:Sarımsağın tərkibində olan və orqanizmin sorduğu qidalandırıcı maddələr orqanizmdə xərçəng hüceyrələri və sərbəst radikallarla mübarizə aparır.

6-ci Saat:Metabolizm sürətlənir. Orqanizmdəki artıq piylər əriməyə başlayır və vücudda toplanan artıq maye orqanizmdən xaric edilir.

7-ci Saat:Sarımsağın antibakterial təsiri özünü göstərir və qan dövranına qarışır. Sarımsaq bədəndəki bakteriyalarla vuruşmağa başlayır.

10-cu Saat:Sarımsaqda olan qidalandırıcı maddələr oksidləşmə yaranma riskini azaldır.

24-cü Saat: Sarımsağın tərkibindəki qidalandırıcı maddələr sayəsində:

- Xolesterin düşür

- Ürək problemlərinə səbəb olan damar tıxanıqlığının qarşısı alınır

- Təzyiq tarazlanır

- Sinir sistemi güclənir

- Vücuda ağır metalların daxil olmasının qarşısı alınır

- Sümüklər və oynaqlar güclənir

- Orqanizm özünü daha az yorğun hiss edir

- Orqanizminiz daha atletik olur

- Hüceyrələr sağlamlığına qovuşur

Bu proses boyu bol su içmək, sağlam qidalanmaq, asan həzm olunan qidalar, qırmızı ət istehlak etmək və süni şəkərdən uzaq durmaq lazımdır. Şirin şey yemək istəyirsinizsə bunu təbii qidalardan əldə edin (məs. meyvə, meyvə quruları).

Bəs sarımsaq necə qovrulur?

Sarımsağı boşqaba qoyun və 350 dərəcədə yumşalanadək bişirin. 6 diş sarımsaq yedikdən sonra orqanizminizdə möcüzələr yaratmasını gözləyin!

Картинки по запросу kavrulmuş sarımsak