Masallıda yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun İsgəndərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb. 

Yanğın zamanı 1 nəfər xəsarət alaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.