Goranboy rayonunun Boluslu kəndində qəbirlər quşlar və digər heyvanların hücumuna məruz qalıb.

Unikal.org xəbər verir ki, bu barədə report-a yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, üzəri mamır olan qədim qəbir daşları canlılar üçün qida mənbəyinə çevrilib. Bunun nəticəsi olaraq baş daşları yararsız vəziyyətə düşüb, onların üzərindəki yazılar və işarələr tədricən silinib.

Tarixçilər XVIII əsrə aid edilən ərazidə bir vaxtlar cinni tayfalarının məskən saldığını və sözügedən məzarlığın da məhz onlara məxsus olduğunu deyirlər.

Qəbiristanlıqda, əsasən,Boluslu, Məşədiqaralar, Goran və Eyvazlılar kəndlərindən olan şəxslər dəfn olunublar.