Bakıda yaşayış evi yanıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 80 yaşlı İmdad Mehdi oğlu Mehdiyevin yaşadığı evdə baş verən yanğın nəticəsində o yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.