Ölkə ərazisində müşahidə olunan hava şəraitinə baxmayaraq, "Azərbaycan Dəmir Yolları" QSC qatarların hərəkətində heç bir problem qeydə almayıb. 

Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

"Sərnişin Daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışır. Bakı-Sumqayıt elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib. Amma bölgələrə gedən qatarlarda 20-30 dəqiqə gecikmə baş verib. Hava şəraiti ilə əlaqədar maşinistlərə sürət həddinin azaldılması ilə bağlı tapşırıqlar verilib və gecikməyə səbəb də budur", - deyə S. Qədirova qeyd edib.

O əlavə edib ki, Bakı-Sumqayıt elektrik qatarından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunur: "Məlum səbəblərdən vətəndaşlar Bakı-Sumqayıt qatarına üz tutub. Elektrik qatarından istifadə edənlərin sayı təxminən ikiqat artıb".