Bu gün tanınmış müğənni Rüfət Mehdiyevin anım günüdür.

Unikal.org xəbər verir ki, R.Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.

Müğənni Bakı Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. "Space televiziyasında hazırlanmış "Qış nağılı (2004) və "Baharın nağılı (2008) film-verilişlərində çəkilib.

Onun ifasındakı "Darıxdım, "Həyatı sevirəm, "İl keçdi və s. kimi mahnılar hələ də onu xatırlayanların yaddaşındadır.

Rüfət Mehdiyev 1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib.