Qarlı hava şəraiti ilə əlaqədar Azərbaycanda yanvarın 30-da və 31-də ümumilikdə 17 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Nəticədə 3 nəfər ölüb və 25 nəfər xəsarət alıb.

Yol qəzalarının 4-ü Bakıda qeydə alınıb. Qəzalar zamanı bir nəfər ölüb, 10 nəfər yaralanıb.