"Yanvarın 31-dən Fevralın 1-ə keçən gecə Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində 9 nəfər təcili tibbi yardıma müraciət edib".

Bunu Unikal.org-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.

O, qeyd edib ki, xəsarət alan şəxslərdən 6-sı xəstəxanaya yerləşdirilib.