Tərtər sakinini döyərək qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Unikal.org-a verilən məlumata görə, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 11-də Tərtər rayon sakini Səxavət Musayevi döyərək qətlə yetirməkdə şübhəli bilinən Səxavət Orucov tutulub.

Axtarış əməliyyat tədbirləri ilə onun 2014-cü il fevralın 19-da Sənan Mirzəyevə tüfəngdən atəş açaraq qətlə yetirməsi də müəyyən edilib.