Azərbaycanın ən böyük məscidi olan "Heydər" məscidinin təhlükəsizliyi həm də 50-yə yaxın təhlükəsizlik kamerası vasitəsilə qorunur.
Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.
Onun sözlərinə görə, kameralar nə məscidin işinə, nə də ibadət üçün gələnlərin işinə maneçilik törətmir, əksinə, təhlükəsizlik baxımından çox faydalıdır.
S.Həsənli onu da bildirib ki, məscid 24 saat ərzində mühafizə polisləri tərəfindən qorunur.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaxın vaxtlarda məscidlərə təhlükəsizlik kameralarının quraşdırılması işinə başlayacaq.