Uzun müddətdir efirlərdə görünməyən xalq artisti Zülfiyyə Xanbabayeva qala gecəsinə qatılıb.

Unikal.org xəbər verir ki, sənətçi jurnalistlərin sualını cavablandırıb:

"Mən həmişə seçici bir insan olmuşam, bu həm də mənim xasiyyətimdir. Mən 30 ildir ki, səhnədəyəm, həmişə də belə olub. Hər efirə çıxmıram. Amma mətbuat məni heç bir zaman diqqətdən kənar qoymayıb. Martdan etibarən yeni işlər təqdim edəcəm. Cabir və Tahir ilə mən neçə ilin dostuyam. Hamı bilir ki, mənim gözəl aktrisalıq qabiliyyətim var. Amma o barədə bir az kompleksim var".

Xalq artisti qızı Dənizdən də söz açıb:

"Qızım böyüyüb. Çox istedadlı bir qızdır. Mən onu heç nəyə məcbur etmirəm. Hansı peşəni seçirsə seçsin onu dəstəkləycəm. Əsas odur ki, işinin peşəkarı olsun".big.az