Abşeron rayon Saray qəsəbəsində evdə qaz sızması nəticəsində partlayış baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 1970-ci il təvəllüdlü Veysəlov Rövşən Xalid oğlu xəstəxanada dünyasın dəyişib. 

Qeyd edək ki, Rövşən Veysəlov Kempo Karate üzrə 5-ci dan qara kəmər ustası, Əməkdar məşqçi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışıb. O, Gənclər və İdman Naziri Azad Rəhimovun təsdiqlədiyi Azərbaycan milli komandalarının Məşqçilər Şurasının siyahısında yer alır. 

Ramil Zeynallı