Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin üçüncü kurs müalicəsi başlayıb.

Unikal.org-un məlumatına görə, rejissorun xanımı Səbinə Zəkizadə bildirib ki, müalicənin bu mərhələsi çox ağırdır.

O deyib ki, hazırda Şahin üçün ilik donoru axtarılır:

"Dualarınıza çox ehtiyacımız var. Şahinin xəstəliyinin çox pis formada qayıtmasına görə, ağır kimyaterapiya kursuna başlayırlar. Bu kurs müalicənin uğurlu bitməsi üçün dua edirik. Çünki bundan sonra mütləq əməliyyat olunmalıdır, ilik köçürülməlidir. Bu isə çox bahalı və ağrılı əməliyyatdır. Uyğun donor tapılmalıdır. Allah bizə kömək olsun, bu çətin yolda dualarımızı qəbul etsin. Seyid Əli gözü yolda qalmasın. Atasının Əli üçün arzuları o qədərdir ki... Gələcək planları onunla həyata keçsin. Şahin övladları Əli və Fatimə üçün çox darıxır.