Müğənni Sərdar Ortaç jurisi olduğu "En iyi ben söylerim" yarışmasında gənc yaşlarında başına gələn hadisədən danışıb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, o, 18 yaşlarında hər gecə tualet təmizlədiyini bildirib:

"Atam iş adamı idi. Böyük bir yeri, 300 işçisi var idi. Məni işçilərin üstündə rəhbər qoymaqdansa, 301-ci işçi yerinə qoyardı. Hər gecə 11-dən sonra həmin məkanın tualetlərini mənə təmizlətdirərdi".

Ortaç bu səbəbdən universitetə girmək və onun yanından getmək istədiyini də vurğulayıb.