"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Vaşinqtonda baş tutması danışıqlar prosesinə müəyən qədər təsir edə bilər"

Bu fikirləri Unikal.org saytına açıqlamasında politoloq Qabil Hüseyinli İlham Əliyevlə Serj Sarkisyanın Vaşinqtonda görüşəcəyi ilə bağlı yayılan xəbəri şərh edərkən deyib.  O qeyd edib ki, Qərb, xüsusən də Vaşinqton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsinin həlli üçün o qdərə də dərin mövqe nümayiş etdirməyib:

"Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sonuncu dəfə mərhum Heydər Əliyevin dövründə baş tutub. İndiki vəziyyətdə Vaşinqton səy göstəribsə və Sərkisyan da razı olubsa  müsbət nəticələr gözləmək olar. Çünki Sərkisyan bundan əvvəlki görüşlərdə öz pozucu fəaliyyəti ilə görüşlərin məzmununa təsir edib. Görüş baş tutarsa ən azından Vaşinqton tərəfi, Qərb dünyası Sərkisyanın bu məsələdə tutduğu siyasi mövqeyi görüb özləri üçün müəyyən nəticələr çıxara bilərlər.  Qərb, xüsusən Vaşinqton Dağlıq Qrabağ münqaişəsinin həllində o qədər də dərin mövqe nümayiş etdirməyib. Görüşün Vaşçinqtonda baş tutması  danışıqlar prosesinə müəyən  qədər təsir edə bilər. Əgər Vaşinqton  Rusiyanın Suriyadan qismən çıxmasına təsir edə bilərsə, siyasi iradə ortaya qoysa Ermənistanı da danışıqar prosesində konstruktivliyə dəvət edə biər". 
Qeyd edək ki,  APA-nın yaydığı xəbər görə, Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər. 

Həsən  Babayev