ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt açıqlama yayıb.

Unikal.org-un məlumatına görə, D.Tramp İranın həftəsonu keçirəcəyi ballistik raket sınaqlarına münasibət bildirib.

ABŞ Prezidenti "Tvitter" səhifəsində yazıb: "İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!".

İranın cavabı özünü çox gözlətməyib.

Belə ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın səsləndirdiyi fikirlərə sərt reaksiya verib. O, "Tvitter" səhifəsində yazıb: "ABŞ-ın təhdidlərinə boyun əyməyəcəyik. Bu fikirlər əsla bir savaşın başlamasına əsas deyil.

Xatırladaq ki, İran bu gün ölkədə keçiriləcək Sərbəst Güləş üzrə Dünya kubokuna ABŞ-dan olan idmançıların qatılmasına icazə verməyəcəyini açıqlamışdı.