Martın 18-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,69% bahalaşaraq 17 602,30 bənd, "S&P 500" 0,44% artaraq 2 049,58 bənd, "Nasdaq" isə 0,43% irəliləyərək 4 795,65 bənd təşkil edib.
Unikal.org  xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,19% ucuzlaşaraq 6 189,64 bənd, Fransa CAC-40-ı 0,44% artaraq 4 462,51 bənd, Almaniya DAX-ı isə 0,59% irəliləyərək 9 950,80 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 7,7 dollar, yaxud 0,61% ucuzlaşaraq 1 256,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1270 (-0,35%) təşkil edib.