ABŞ Yəmən sahillərinə dəniz yollarını qorumaq məqsədilə minadaşıyan eskadra gəmisi (esmines) göndərib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, hərbi gəmi İranla ABŞ arasında gərginliyin yüksəlməsi fonunda dəniz yollarını husilərdən mühafizə edəcək.

"USS Cole" esminesi Bab-əl-Məndəb körfəzinə, Yəmənin cənub-qərb sahillərinə çatıb. Esmines sularda patrul aparacaq və gəmiləri müşayiət edəcək.