Qəza nəticəsində 4 uşaq olmaqla 61 (bəzi mənbələr isə 62 nəfərin olduğunu qeyd edir) nəfərin öldüyü bildirilir. 
 
Rusiyada bu gün gecə saatlarında qəzaya uğrayan təyyarədə həlak olanlar arasında Azov rayonun rəhbərinin ailə üzvləri, Rostov vilayətinin qanunverici orqanının deputatı İqor Pakus və onun həyat yoldaşı da var.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, həlak olanlar siyahısında adı olan Viktoriya və Marina Bevzyukovalar Azov rayonun başçısı Valeriy Bevzyukovun qızı və keçmiş həyat yoldaşıdır.

Qeyd edək ki, martın 18-dən 19-na keçən gecə Moskva vaxtıyla saat 3:50-də Rusiyanın Rostov şəhərində "Боинг-737-800" sərnişin təyyarəsi qəzaya uğrayıb.