Rostov-na-Donu hava limanında qəzaya uğrayan "FlyDubai" avia şirkətinə məxsus təyyarənin "qara qutu"larından biri tapılıb. 
Unikal.org xəbər verir ki, bu barədə TASS agentliyi təcili xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb. "Axtarış əməliyyatları gedişində qəza yerində "qara qutu"lardan biri aşkarlanıb", - deyə mənbə bildirib. Lakin o, "qara qutu"nun hansı vəziyyətdə olduğu barədə məlumat verməyib. 

Xatırladaq ki, "Boeing 737" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsində olan 62 nəfərin hamısı ölüb.