"Xərçəngə qalib gəlmək bizim əlimizdədir".

Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya Xərçəng Günü münasibətilə Tvitterdə yazıb.

"Xərçəng xəstəliyi təəssüf ki, bu gün ən ciddi sağlıq problemlərindən birinə çevrilib. Dünyada hər il 10 milyondan çox insan xərçəng xəstəliyi səbəbindən ölür. 90 faiz xarici təsirlər nəticəsində meydana gələn xərçəng xəstəliyinin müalicəsi əlimizədir. Tütün, spirtli içkilər və oturaq həyatdan imtina edərək səhhətimizi qoruya bilərik, - Ərdoğan bildirib.

Qeyd edək ki, hər il fevralın 4-ü dünyada "Xərçəng günü kimi qeyd edilir.