Türkiyəli aktyor Barış Arduç alış-veriş mərkəzində görüntülənib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistləri qarşısında görən aktyor onların suallarını cavablandırıb.

Yeni bir filmə çəkiləcəyini deyən Arduç "Hər obrazı canlandıraram. Rol seçmək kimi bir xasiyyətim yoxdur" söyləyib.

Barış burnunu plastik əməliyyat etdirib-etdirməməsi ilə bağlı suallara isə "Burnuma plastik əməliyyat etdirməmişəm" cavabını verib.