"Qalatasaray" Türkiyə Kuboku ilə erkən vidalaşıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 1/8 final mərhələsində Super Liqanın liderlərindən olan "Başekşehir"ə məğlub olub.

"Cim Bom" 1 oyundan ibarət mübarizəni yenilgi ilə başa vurub.

 
"Aslanlar"ın 90-cı dəqiqədə vurduğu qol yalnız təsəlli xarakteri daşıyıb - 1:2.

 
Bu mərhələdə digər qaliblər "Sivasspor", "Kayserispor" və "Rizəspor" olub.

 
Qeyd edək ki, "Qalatasaray" son qalibi olduğu ölkə kubokunu ən çox - 17 dəfə qazanmaqla rekordçudur.