Türkiyədə ali məktəbə imtahan verən qız qəribə hadisə ilə üzləşib.

Unikal.org sözcü.com.tr-yə istinadən xəbər verir ki, Mersində Anamur litseyində təhsila alan Irmak Uysal imtahanlardan 357 bal yığıb və riyaziyyat müəllimi təhsili verən 5 universitet seçib. Həmin balla ən pis halda Artvin Universitetinə qəbul olmağı fikirləşən gənc qız gözlənilmədən Van Universitetinə və seçmədiyi fakültəyə düşüb.

Məsələ ilə bağlı o, məhkəməyə müraciət edib. İP ünvanları vasitəsi ilə elektron yazışma və müdaxilələrin incələnməsi zamanı məlum olub ki, Irmak Uysalın universitet seçimlərinə müdaxilə edilib. Bəlli olub ki, onun əmisi qızı Cansu S. yaxın qohumunun kodunu öyrənib və bu kodla internetə daxil olaraq onun universitet seçiminə müdaxilə edib.

I.Uysal məhkəmədən xahiş edib ki, onu seçdiyi və balına uyğun olaraq öz seçdiyi universitetə köçürsün.