Avstriya polisi ötən gün saxlanılan milliyətcə çeçen olan 20 nəfəri sərbəst buraxıb.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlar ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb.

İki nəfərin həbsdə qaldığı bildirilir.

Qeyd edək ki, fevralın 4-də Avstriya polisinin paytaxt Vyanada keçirdiyi əməliyyat nəticəsində 22 nəfər saxlanılıb. Onların hamısı milliyyətcə çeçendir. Saxlanılan şəxslərdən odlu silah götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar toy şənliyinə qatıldıqlarını bildirsələr də, yaşadıqları evlərin yaxınlığında silah-sursat aşkar edilib.