Müğənni Ajda Pekana bahalı təklif gəlib.

Unikal.org-un "Haberler.coma istinadən məlumatına görə, Türkiyə bazarına girmək istəyən yeni bir geyim markası ifaçını sima olaraq seçib.

Şirkət bunun müqabilində Ajdaya 3 milyon türk lirəsi (təxminən 1 milyon 500 min AZN) təklif edib.

A.Pekan təklif haqqında düşünəcəyini və yaxın vaxtlarda cavab verəcəyini bildirib. Türk mediası sənətçinin təklifi qəbul edəcəyini qeyd edib.