İstanbul şəhərinin mərkəzində yerləşən İstiqlal prospektində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, biri ağır olmaqla 5 nəfər yaralanıb. Partlayışın səbəbi hələlik bəlli deyil.

Hadisəni törədənlərin yaxınlıqda ola biləcəyi ehtimalına qarşı polis ara küçələrdə yoxlamalara başlayıb. Hazırda xeyli sayda polis, təcili yardım maşınları və yanğınsöndürənlər hadisə yerindədir. 

Hadisənin terror aktı olduğu ehtimal edilir.

**

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış İstiqlal küçəsində qeydə alınıb. 

Qalatasaray və Taksim meydanından küçəyə giriş bağlanıb. Hazırda əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. 

Əraziyə vətəndaşların daxil olmasına icazə verilmir. 

Partlayışla bağlı hələ ki, rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, İstanbula gələn turistlər ən çox bu ərazidə olur.