Türkiyəli müğənni Ebru Yaşar həyat yoldaşı Necat Gülsevənə ad günü hədiyyəsi alıb.

Unikal.org Türkiyə mətbuuatına istinadən xəbər verir ki, o, ərinə qızıldan qol düymələri hazırladıb.

Düymələrin özəlliyi ondadır ki, onların üzərinə Ebru öz barmaq izlərini vurdurub.

Qeyd edək ki, cütlük 2015-ci ilin iyun ayında ailə qurublar. Ebru bu yaxınlarda ana olmağa hazırlaşır.